Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində “Şəfa” “Zirə”yə 0:2 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, “Şəfa”nın baş məşqçisi Filipe Kandido oyundan sonra matç barədə fikirlərini bölüşüb: Nəticədən narazı qalmadım. Komandanı sıfırdan yığmışıq. Bəzi futbolçular 1 həftədir bizlə məşqlərə qoşulub getdikcə düzələcək.

- Gələn transferlərdən razısınızmı?

-Komandada bəzi futbolçular saxlamışıq. 4-5 futbolçumuz var ki, dəvətlə gəliblər. Gənc oyunçulara da dəstək verməyə çalışırıq. Bəzi mövqeləri futbolçular tapa bilmədik.

- 11 nömrəli futbolçuya nəyə görə o nömrəni vermisiniz?

-Öz istəyi ilə olub.

- Dediniz ki, vaxt lazımdır. Nə qədər vaxtdan söhbət gedir?

-Mən bəhanə etmirəm. Biz bura xal almaq üçün gəlmişdik. Bütün oyunlara pozitiv çıxacayıq. Yoldaşlıq oyunlarında məğlubiyyətimiz yoxdur. İstənilən səviyyəyə gəlmək vaxt tələb edir. Boşluqlar, çatışmazlıqlar hələki normaldır.

- Arsen Ağcabəyovu transfer etmisiniz, ancaq o oyuna buraxılmayıb. Səbəbi nədir?

-Zədə problemi var.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər