"Öz stadionumuzda yalnız "Qarabağ" azarkeşlərinin səslərini eşitmək üzücüdür" - Rza Cəfərov

"Öz stadionumuzda yalnız "Qarabağ" azarkeşlərinin səslərini eşitmək üzücüdür" - Rza Cəfərov

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin çərçivəsində "Neftçi" evdə "Qarabağ"la qarşılaşdı. Görüş paytaxt təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşdı. 

Matçdan sonra "ağ-qaralar"ın gənc qolkiperi Rza Cəfərov Fanat.Az-ın suallarını cavablandırdı:

- Matç haqda təəssüratların necədir? - Açığı, belə hesab gözləmirdim. Yaxşı oyun göstərib, qələbə qazanmaq və yaxud bərabərliklə şansları ikinci oyuna daşımaq istərdik. Təssüf ki, belə alındı.

- Hesabın belə olması "Qarabağ"ın güclü təzyiqi ilə əlaqədar idi, ya "Neftçi"nin müdafiədəki boşluqları var idi? - Ola bilər hardasa müəyyən boşluqlar oldu. Onlar da bundan istifadə edib qollar vurdular.

- Belə hesabdan sonra növbəti mərhələyə keçmək şanslarını necə dəyərləndirirsən? - Bu, futboldur. Açığı deyim, yenə çıxıb vuruşacağıq.

-  "Forza Neftçi" azarkeş qrupunun bu gün sizi tək buraxmasını necə şərh edərdin? - Bu, bizi də məyus edir. Çünki belə oyunda öz stadionumuzda yalnız "Qarabağ" azarkeşlərinin səslərini eşitmək üzücüdür. Bizdə istəyərik ki, "Neftçi" azarkeşləri gəlib bizi dəstəkləsin. Tezliklə onların tribunaya dönəcəyini gözləyirəm.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər