"Yuventus"un hücumçusu Deyan Kuluşevski karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
O, Londonun "Arsenal" klubunun gələn ay Kuluşevskini transfer etmək üçün Turin təmsilçisinə rəsmi təklif göndərəcəyini vurğulayıb.
Skira "qoca sinyora"nın forvardı 30-35 milyon avroya satmağa hazır olduğu da bildirib.
Nihat