"Öyrənməliyik" - Mikel Arteta

"Öyrənməliyik" - Mikel Arteta

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırmalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ispaniyalı mütəxəssisin dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"7 il bu turnirdə oynamamış, 14 il Çempionlar Liqasının 1/4 finalında mübarizə aparmamışdıq. Təbii ki, bunun səbəbləri var və biz nəticələrimizi yaxşılaşdırmaq üçün hər şey etmək istəyirik. Öyrənməliyik. Amma öyrənmək üçün illər lazımdır".

Qeyd edək ki, tərəflərin Londondakı görüşü 2:2 hesablı bərabərliklə yekunlaşmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər