Yeni mövsümə Rahid Əmirquliyevin rekordu ilə

Yeni mövsümə Rahid Əmirquliyevin rekordu ilə

Bu həftə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü start götürəcək.

Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqası 31-ci milli çempionatın startı ərəfəsində yarışda ən çox oyun keçirən 30 futbolçunun siyahısını tərtib edib.

Mütləq rekord Rahid Əmirquliyevə məxsusdur. Mahmud Qurbanovun göstəricisini ötən mövsüm arxada qoyan yarımmüdafiəçi qarşıdakı çempionatda da iştirakçılar sırasında olacaq.

Yalnız bu iki oyunçu - "Səbail"lilər “400” səddini arxada qoyublar. İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. 

1. Rahid Əmirquliyev 439 2. Mahmud Qurbanov 421 3. Rəşad Sadiqov 392 4. Azər Məmmədov 388 5. Aslan Kərimov 382 6. Rəşad Abdullayev 378 7. Aqil Məmmədov 363 8. İsmayıl Məmmədov 351 9. Elvin Məmmədov 347 10. Maksim Medvedev 344 11-12. Asif Məmmədov 343           Rəşad Sadıqov 343 13. Vurğun Hüseynov 337 14. Elnur Abdullayev 334 15. Vüqar Nadirov 332 16. Rail Məlikov 328 17. Kənan Kərimov 327 18. Nadir Nəbiyev 316 19-20. Mübariz Orucov 311            Rauf Əliyev 311 21. Tural Axundov 308 22. Müşfiq Hüseynov 305 23. Ədəhim Niftəliyev 303 24-25. Arif Daşdəmirov 302            Kamal Quliyev 302 26. Mehman Yunusov 298 27. Viktor İqbekoyi 294 28. Aleksandr Çertoqanov 293 29. Vidadi Rzayev 291 30. Rövşən Əhmədov 290

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər