"Mançester Siti" İngiltərə Premyer Liqasının 14-cü turunda səfərdə "Aston Villa"nı 2:1 hesabıyla məğlub edib.
Fanat.Az xəbər verir ki, bu qələbə "şəhərlilər"in baş məşqçisi Xosep Quardiola üçün əlamətdar olub.
Belə ki, sözügedən mütəxəssis 204-cü Premyer Liqa matçında 150-ci qələbəsini qazanıb. İspaniyalı çalışdırıcı İngiltərənin elitasında 150 qələbə həddinə hamıdan tez çataraq yeni rekord müəyyənləşdirib.
Öncəki rekord Joze Mourinyuya məxsus idi. Portuqaliyalı İPL-dəki 230-cu oyununda 150-ci qələbəsini bayram etmişdi.
Qeyd edək ki, Quardiola "Mançester Siti"nin baş məşqçisi qismində keçirdiyi 204 çempionat matçında 150-də qələbə, 29 məğlubiyyət və 25 heç-heçə görüb.
Nihat