Uğursuz nəticələr üzündən "Xetafe"nin postundan uzaqlaşdırılan Migel Qonsalesin yerini Kike Sançes Flores tutub.
Fanat.Az xəbər verir ki, məlumatı La Liqa klubunun mətbuat xidməti yayıb.
56 yaşlı Flores daha öncə iki dəfə "Xetafe"ni çalışdırıb. O, 2004-2005 aralığında, eləcə də, 2015-ci ildə bu komandaya rəhbərlik edib.
İspaniya Primyerasının geridə qalan 8 turundan sonra cəmi 1 xalı olan "Xetafe" hazırda turnir cədvəlində sonuncu - 20-ci yerədir.
Nihat