Xavi Zinəddin Zidanın rekordunu qırdı

Xavi Zinəddin Zidanın rekordunu qırdı

İspaniya La Liqasının 7-ci turunda rəqib meydanında "Malyorka"nı 1:0 hesabı ilə yenən "Barselona"nın baş məşqçisi Xavi yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, 42 yaşlı çalışdırıcı buna İspaniya Primerasındakı 18-ci səfər matçında uduzmayaraq nail olub.

Belə ki, o, bu qarşılaşmaların 13-də qələbə, 5-də heç-heçə görüb.

Xavi "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın 2016-cı ildəki rekordunu qırıb. Həmin dönəmdə Zidanın rəhbərlik etdiyi kollektiv qonaq qismində çıxdığı 17 çempionat matçında uduzmamışdı - 13 qələbə, 4 heç-heçə.

Qeyd edək ki, "Barselona" La Liqa çərçivəsində növbəti səfər oyununu "Real Madrid"ə qarşı keçirəcək. "Klasiko" oktyabrın 16-da baş tutacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər