Vozinya Messi ilə komanda yoldaşı olacaq?

Vozinya Messi ilə komanda yoldaşı olacaq?

ABŞ-ın "İnter Mayami" klubu heyətini maraqlı bir adla gücləndirməyə hazırlaşır. ⁠

Fanat.Az xəbər verir ki, Lionel Messinin də çıxış etdiyi Florida təmsilçisi Kabo-Verde milli komandasının təcrübəli qapıçısı Vozinya ilə yaxından maraqlanır.

İspaniyanın məşhur "Marca" nəşrinin yaydığı xəbərə görə, tərəflər arasında ilkin təmaslar artıq baş tutub.

Karyerası ərzində milli komandada 70-dən çox rəsmi oyuna çıxan Vozinya, ölkəsinin futbol tarixində ən çox oyun keçirən qapıçı statusunu daşıyır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər