"Vest Hem"in oyunçusu van Persiylə Aqueronun rekordunu təkrarladı

"Vest Hem"in oyunçusu van Persiylə Aqueronun rekordunu təkrarladı

İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi Carrod Bouen Premyer Liqası tarixində ardıcıl yeddi səfər matçında qol vurmağı bacaran üçüncü futbolçu olub.

Fanat.Az xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.

Bouen dekabrın 7-də 15-ci tur çərçivəsində "Vest Hem"lə səfər oyununda (2:1) "Tottenhem"in qapısına qol vurub.

Bundan əvvəl London “Arsenal”ının və “Mançester Yunayted”in sabiq hücumçusu Robin van Persi (9 qol) və “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero (7) ardıcıl ən azı yeddi dəfə fərqləniblər.

İngiltərə Premyer Liqasının cari mövsümündə 26 yaşlı Carrod 14 matçda 9 qol vurub və 1 məhsuldar ötürmə edib. "Vest Hem" 14 turdan sonra Premyer Liqanın turnir cədvəlində 9-cu yeri tutur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər