Vanderson Melo "Araz-Naxçıvan"dan getdi - RƏSMİ

Vanderson Melo "Araz-Naxçıvan"dan getdi - RƏSMİ

"Araz-Naxçıvan" və futbolçu Vanderson Melo arasında bağlanmış müqavilə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulub.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

2023/2024 mövsümündən "qırmızı-ağlar"ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçiyə klub rəhbərliyi karyerasında uğurlar arzulayıb.

Melo klubun rəsmi saytına açıqlamasında komanda yoldaşlarına uğur arzulayıb:

"Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə Premyer Liqada üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında "Aris" kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.

Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, "Araz-Naxçıvan" növbəti mövsüm hazırkından daha yaxşı çıxış edər və uğur qazanar".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər