Bilbao "Atletik"inin və İspaniya millisinin cinah hücumçusu Niko Uilyams fikrini dəyişə bilər.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, "Barselona" ilə şifahi razılığa gəldiyi deyilən 22 yaşlı vingerin xidmətində PSJ də maraqlıdır.
Fransa nəhənginin baş məşqçisi Luis Enrike Uilyamsın transferini şəxsən arzulayır və Paris təmsilçisi ona Kataloniya klubunun təklif etdiyindən 2 dəfə çox maaş verməyə hazırdır. Hərçənd "Barselona" rəhbərliyi Nikonun yalnız maddi şərtləri əsas götürməyəcəyinə inanır.
Qeyd edək ki, Uilyams İspaniya millisi ilə AÇ-2024-ün qalibi olub. Onun "Atletik"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat