UEFA futbol tarixinin ən bahalı heyətini açıqladı - "Real"ın rekordu yeniləndi

UEFA futbol tarixinin ən bahalı heyətini açıqladı - "Real"ın rekordu yeniləndi

UEFA futbol tarixinin ən bahalı heyətini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, bu, "Mançester Yunayted"in 2022/2023 mövsümündəki heyətidir.

Həmin vaxt "qırmızı şeytanlar"ın futbolçularının ümumi dəyəri 1,42 milyard avro təşkil edib. Beləliklə, MY "Real Madrid"in 2019/2020 mövsümündəki rekordunu (1,33 milyard avro) qırıb.

Mançester təmsilçisi həmin heyətlə İngiltərə Premyer Liqasını 3-cü pillədə tamamlayıb. Erik ten Haqın rəhbərlik etdiyi kollektiv ötən il İngiltərə Liqa Kubokunu qazanıb, İngiltərə Kubokunun finalına çıxıb və Avropa Liqasının 1/4 finalda "Sevilya"nın öhdəsindən gələ bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər