UEFA Bakı finalında azarkeş rekordu gözləyir

UEFA Bakı finalında azarkeş rekordu gözləyir
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda azarkeş rekordu gözləyir.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunan yazıda qeyd edilib.
Yazıda Bakıda ilk dəfə avrokubokların həlledici görüşünün keçiləcəyi, finalın oynanılacağı Bakı Olimpiya Stadionunda "AVRO-2020"nin final mərhələsinin 3 qarşılaşmasının da baş tutacağı vurğulanır: "Şübhə yoxdu ki, azarkeş sayına görə Bakı finalı rekord vuracaq. Yəqin ki, bu görüşdə 1999-cu ildə Moskvada keçirilən "Parma" - "Latsio" finalının (62 min azarkeş) rekordu yenilənəcək".
Həmçinin qeyd olunur ki, bu Avroliqa tarixində videotəkrar sistemindən (VAR) istifadə olunacaq ilk final kimi tarixə düşəvək. Eyni zamanda oyun əlavə vaxta qədər uzansa, komandalar ilk dəfə olaraq 4-cü əvəzləmədən istifadə edə biləcəklər. 
Qeyd edək ki, mayın 29-də Bakı Olimpiya Stasionunda keçiriləcək final matçı saat 23.00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər