U-19 “Neftçi” ilə heç-heçə etdi

U-19 “Neftçi” ilə heç-heçə etdi

Bu gün futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, turun görüşləri Bakı İdman Sarayı baş tutub.

Turun ilk matçında “Neftçi” ilə U-19 yığmamız qarşılaşıb. Səkkiz qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Xatırladaq ki, bu komandaların birinci dövrədəki matçı da “sülh”lə başa çatmışdı.

Daha sonra “Alyans”la EKOL komandalarının qarşılaşması keçirilməli idi. Lakin “Alyans” komandası təyin oluna vaxtda meydana çıxmadığına görə, görüş baş tutmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Turun son oyununu pley-off öncəsi komandaların məşqi kimi də dəyərləndirmək olar. Çünki bu komandalar qızıl medal uğrunda yarışda da üz-üzə gələcəklər. “Araz”ın yeni transferi Dmitri Bondarev bu matçda debüt etmək imkanı qazanıb. Rusiyalı qolkiperin komandası onun debütünü qələbə ilə qeyd edib.

“Xilə” komandasına texniki məğlubiyyət verildiyinə görə, “Record”un aktivinə 3 xal yazılıb.

Yüksək Liqa, 20-ci tur

22 aprel

Neftçi İK – U-19 4:4 Qollar: Vahid Xocayev, 1:20. Fərid Atakişiyev, 8:39; 18:44. Oqtay Rüstəmli, 28:11 – Əjdər Əjdərov, 12:40-öz qapısına. Şahmar Cəfərli, 33:23. Nurlan Məmmədov, 34:08. Məhəmməd Abbasov, 39:22. Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Nail Nağıyev Hakim-inspektor: Murad Məmmədov Bakı İdman Sarayı. Saat 12:00

Alyans – EKOL (oyun baş tutmayıb) Hakimlər: Ceyhun Hüseynov, Şakir Quliyev, Mahir Məmmədov Hakim-inspektor: Elçin Səmədli Bakı İdman Sarayı. Saat 14:00

Baku Fire – Araz (Naxçıvan) 2:6 Qollar: Elşən İbramxəlilov, 31:05; 38:48 – Xətai Bağırov, 10:28; 34:06. İsa Atayev, 12:00. Ramiz Çovdarov, 15:03. Maneka, 30:34. Nihad İsmayılov, 34:25-öz qapısına. Hakimlər: Əli Cəbrayılov, Xəlil Xəlilov, Rza Məmmədov Hakim-inspektor: Mehman Mahmudov 22 aprel. Bakı İdman Sarayı. Saat 16:00.

Xal durumu: Araz – 55, EKOL – 43, Neftçi İK – 41, Baku Fire – 35, U-19 – 20, Record – 18, Alyans – 15, Xilə – 6.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər