Türkiyə Super Liqası: "Qalatasaray" Rizədə büdrəmədi

Türkiyə Super Liqası: "Qalatasaray" Rizədə büdrəmədi

Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

"Rizəspor”la üz-üzə gələn “Qalatasaray” xal itirməyib.

Hazırda 63 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 57, “Samsunspor” 46, “Eyüpspor” 40, “Beşiktaş” 38 xal toplayıb.

Türkiyə Super Liqası 24-cü tur 14 fevral

Adana Dəmirspor – Antalyaspor 1:1 Qollar: Aliui, 28-pen – Larsson, 45.

15 fevral

Qaziantep – Sivasspor 2:1 Qollar: Kozlovski, 33. Arda, 90+1 - Manaj, 26.

Başakşəhər – Bodrumspor 0:1 Qol: Puşkas, 83.

Beşiktaş – Trabzonspor 2:1 Qollar: Rafa Silva, 53. Bataqov, 65-öz qapısına - Banza, 17.

16 fevral

Hatayspor – Alanyaspor 1:0 Qol: Bamqboye, 56.

Eyüpspor – Kayserispor 1:1 Qollar: E.Mor, 56 – Attama, 90+2.

Konyaspor – Samsunspor 0:1 Qol: Bola, 3.

Fənərbağça – Kasımpaşa 3:1 Qollar: En Nesiri, 21; 71. O.Aydın, 52 – Fall, 62.

17 fevral

Rizəspor – Qalatasaray 1:2 Qollar: Sou, 54 – Osimhen, 47; 86.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər