DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, seçmə mərhələnin 54 iştirakçısı 12 qrupa bölünüb.
Bunlardan altısında 4, altısında 5 komanda yer alıb.
Qardaş Türkiyə millisi E qrupunda yer alıb. "Ay-ulduzlular" İspaniya – Niderland cütünün qalibi, o cümlədən, Gürcüstan və Bolqarıstan yığmalarına rəqib olub.
Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. 2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə gerçəkləşəcək.
A qrupu Almaniya - İtaliya cütünün qalibi Slovakiya Şimali İrlandiya Lüksenburq
B qrupu İsveçrə İsveç Sloveniya Kosovo
C qrupu Portuqaliya – Danimarka cütünün məğlubu Yunanıstan Şotlandiya Belarus
D qrupu Fransa – Xorvatiya cütünün qalibi Ukrayna İslandiya Azərbaycan
E qrupu İspaniya – Niderland cütünün qalibi Türkiyə Gürcüstan Bolqarıstan
F qrupu Portuqaliya - Danimarka cütünün qalibi Macarıstan İrlandiya Ermənistan
G qrupu İspaniya – Niderland cütünün məğlubu Polşa Finlandiya Litva Malta
H qrupu Avstriya Rumıniya Bosniya və Herseqovina Kipr San Marino
İ qrupu Almaniya – İtaliya cütünün məğlubu Norveç İsrail Estoniya Moldova
J qrupu Belçika Uels Şimali Makedoniya Qazaxıstan Lixtenşteyn
K qrupu İngiltərə Serbiya Albaniya Latviya Andorra
L qrupu Fransa – Xorvatiya cütünün məğlubu Çexiya Monteneqro Farer adaları Cəbəllütariq