Türkiyə Kuboku: "Fənərbağça" və "Qalatasaray" pley-offa yüksəldilər

Türkiyə Kuboku: "Fənərbağça" və "Qalatasaray" pley-offa yüksəldilər

Türkiyə Kubokunda qrup mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Fənərbağça” səfərdə “Qaziantep”ə, “Göztəpə” “Kasımpaşa”ya, “İstanbulspor” isə “Ərzurumspor” qalib gəlib. Bu nəticələrdən sonra “Fənərbağça” qrup birincisi, “Göztəpə” isə ikinci yerlə pley-offda oynamaq hüququ qazanıb.

C qrupunun sonuncu iki oyununda isə qapılara qol vurulmayıb. Nəticədə “Konyaspor” vahid lider olub, “Qalatasaray” da ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb.

Türkiyə Kuboku Qrup mərhələsinin 3-cü turu 27 fevral

B qrupu

Qaziantep – Fənərbağça 1:4 Qollar: Husiç, 75 – Taliska, 17; 27. En Nesiri, 23. Kostiç, 83.

Kasımpaşa – Göztəpə 0:5 Qollar: J.Santos, 13. Matsuki, 38; 46. Kanatsızkuş, 50. Sanqare, 74.

Ərzurumspor – İstanbulspor 0:3 Qollar: Gültəkin, 65. Özer, 69; 88.

Xal durumu: Fənərbağça – 9. Göztəpə – 9. İstanbulspor – 6. Qaziantep – 3. Ərzurumspor – 0. Kasımpaşa – 0.

C qrupu

Eyüpspor – Başakşəhər 0:0

Qalatasaray – Konyaspor 0:0

Xal durumu: Konyaspor – 7. Qalatasaray – 5. Başakşəhər – 5. Eyüpspor - 4. Çorum 3. Boluspor – 0.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər