Türk klubu Premyer Liqada: "Altınordu" 34 milyon qazandı

Türk klubu Premyer Liqada: "Altınordu" 34 milyon qazandı
Türkiyə millisinin üzvü Çağlar Söyüncü İngiltərəyə transfer olunub.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı stoper "Lester"ə keçib. İngilis klubu türk futbolçu ilə 5 illik anlaşma əldə edib. Bu gün tibbi müayinədən keçəcək Çağlar ilk məşqə çıxacaq.
"Lester" bu transferə görə "Frayburq"a 19 milyon avro ödəyəcək. Bu məbləğin 25 faizi - təxminən 5 milyon funt-sterlinqi (34 milyon lirə) "Altınordu"na verilcək. Belə ki, Çağlar 2016-cı ildə "Altınordu"ndan "Frayburq"a 2,65 milyon avroya transfer olunub. Tərəflər arasında imzalanmış anlaşmaya əsasən futbolçu başqa kluba satılacağı halda transfer haqqının 25 faizi türklərə çatmalıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər