"Qalatasaray"ın da transfer siyahısında olan Okay Yokuşlu İspaniyanın "Xetafe" komandası ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi transferini rəsmi saytında açıqlayıb.
"Marca" nəşri "Selta Viqo"dan ayrılmağa qərar verən Okay Yokuşlunun transferinin icarə əsasında reallaşdığını və müqavilədə məcburi alış şərtinin olacağını qeyd edib.
Okay Yokuşlu bu mövsüm İspaniya La Liqasında 8 matçda iştirak edib.