"Turan Tovuz"un futbolçusu sıradan çıxdı

"Turan Tovuz"un futbolçusu sıradan çıxdı

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Kəpəz"lə qarşılaşan "Turan Tovuz" ciddi itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, hazırda davam edən matçın ilk dəqiqələrində zədələnən Xəyal Nəcəfov görüşü davam etdirə bilməyib.

Əvəzlənən yarımmüdafiəçi qolundan xəsarət alıb. Tibbi personalın köməyi ilə meydandan çıxarılan futbolçuya daha sonra təcili yardım maşınına aparılıb. Onun qoluna sarğı qoyulub.

Qeyd edək ki, ilk yarısı oynanılan qarşılaşmada "Kəpəz" 1:0 öndədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər