Tur yekunlaşdı, "Qarabağ"la "Neftçi" uduzdu

Tur yekunlaşdı, "Qarabağ"la "Neftçi" uduzdu

Birinci Divizionda 7-ci tur yekunlaşıb.

Fanat.Az xəbər verir ki, son oyun günündə beş görüş baş tutub.

"Şüvəlan” - "Zaqatala” və "Kəpəz” - "Keşlə-2” oyunlarında bərabərlik qeydə alınıb, "Turan Tovuz” "Sabah”ın əvəzedicilərini yenib.

"Neftçi”nin əvəzediciləri "Sumqayıt-2” ilə oyundan məğlub ayrılıbsa, "Qarabağ-2” də "Ağsu”ya uduzub.

 

Birinci Divizion 7-ci tur

19 oktyabr

 

Şüvəlan - Zaqatala 1:1 Qol: Akif Tağıyev, 75 - Roini İsmayılov, 46. Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Elgün Hüseynov. "AZAL Arena”.

Kəpəz - Keşlə-2 0:0 Hakimlər: Xəlil Xəlilov, Samir Ələsov, Elmin Süleymanov, Kərim Kərimov. Gəncə şəhər stadionu.

Turan Tovuz - Sabah-2 2:1 Qol: Məzahir Əhmədov, 9. Seymur Tağıyev, 21 - Samir Seyidov, 90. Hakimlər: Ramiz Məhərrəmov, Murad Kərimov, Elxan Əsgərzadə, Vüsal Əliyev. Tovuz şəhər stadionu.

Sumqayıt-2 - Neftçi-2 2:0 Qol: Elvin Nəsibov, 45; 54. Hakimlər: Nahid Xasıyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rauf Allahverdiyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Ağsu - Qarabağ-2 2:1 Qol: Elnur Səmədov, 16-pen; 51 - İbrahim Əliyev, 4. Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nicat İsmayıllı. Ağsu şəhər stadionu.

 

 

Turun digər oyunları: Zirə-2 - Qaradağ Lökbatan 2:0, Səbail-2 - MOİK 1:3.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər