Tsxadadze: "Qarabağ"a azarkeşlik edəcəm" - MÜSAHİBƏ

Tsxadadze: "Qarabağ"a azarkeşlik edəcəm" - MÜSAHİBƏ
"İnter"in hücumçusu Baçana Tsxadadzenin müsahibəsi
- Baçana, “Rəvan”la matçda “İnter” yaxşı başlamadı, bununla belə, komanda artıq birinci hissədə görüşün gedişini dəyişdirə bildi və qalibin müəyyənləməsi üçün bütün məsələləri həll etdi.
- Bu qələbə bizim üçün çox vacib idi. Bəli, biz oyuna pis başladıq. Hesab 1:0 “Rəvan”ın xeyrinə olduğu zaman rəqibin daha bir qol vurmaq şansları da oldu. Ancaq bundan sonra biz özümüzə gəldik və oyunun gedişini xeyrimizə dəyişdirə bildik. İkinci hissədə konsentrasiya o qədər də yüksək səviyyədə olmadı, lakin bu, hesabda böyük fərqlə irəlidə olmağımızla əlaqədar idi. Yaxşı ki, biz belə böyük hesabla qalib gəldik. Bu qələbə bizə ilk növbədə psixoloji planda kömək edəcək.
 
- Yəqin “Rəvan”la matç öncəsində komanda daxilində müəyyən gərginlik var idi. Axı üç məğlubiyyətdən sonra futbolçuların psixoloji vəziyyətləri hissediləcək dərəcədə sarsıla bilərdi.
- Bəli, vəziyyət bir qədər gərgin idi. Ancaq rəhbərlik və məşqçilər korpusu komandanı dəstəklədilər. Hər gün bizə deyirdilər ki, bu futboldu və belə vəziyyətlər hərdən baş verir. Bizə ürək-dirək verirdilər və deyirdilər ki, toparlanmaq lazımdı. Bununla belə, bir qədər kədərli idi, axı biz ilk üç turda məğlub olmuşduq. Amma hazırda vəziyyət dəyişdi: qələbə bizə inam verdi, futbolçular yaxşı əhval-ruhiyyədədirlər. Ümid edirəm ki, bu qələbə bizaə növbədə oyunlarda da kömək edəcək.
 
- “İnter” ilk 3 turda hesabı birinci açırdı, lakin sonra məğlub olurdu. Maraqlıdı, “Rəvan” hesabda önə keçərkən bu barədə düşündünüzmü? Komandanın bu üstünlüyünü yenidən itirə biləcəyini fikirləşdinizmi?
- Xeyr, etiraf edim ki, ikinci qolu vurduqdan sonra mən tamamilə əmin idim ki, bu dəfə qalib gələcəyik. AZAL ilə ötən matçda, vurulan qoldan sonra, mən, fikirləşirəm, digər futbolçular da belə düşünmüşdülər ki, biz yenə qolu birinci vurduq və birinci hissədə qol buraxmamalıyıq. Ancaq fasiləyədək qapımızda yenidən qol gördük. Ancaq bu dəfə özümüzə güvənimiz vardı və qalib gələcəyimizə inanırdıq.
 
- Matç sənin üçün də uğurlu oldu. Hesabına mövsümün, eləcə də “İnter”in heyətində  ilk het-trikini yazdın.
- Üç qol vurub komandaya kömək etdiyimə görə sevinirəm. Ancaq ən əsası komandanın qələbəsidi. Kimin qol vurmasının mənim üçün əhəmiyyəti yoxdu, axı futbol komanda oyunudu. İstərdim ki, komanda bundan sonra da qələbə qazanmaqda davam etsin.
 
- Yeri gəlmişkən, maraqlıdı ki, "Bayıl Arena"da keçirilən bütün oyunlarda fərqlənə bilmisən.
- Burada nə demək olar (gülür). Yaxşı ki, bu meydanda hər qarşılaşmada qol vurmaq mümkün olur.
 
- Mövsümün əvvəlində mətbuatda “İnter”in hücum xətti tənqidə məruz qaldı. Deyirdilər ki, komandada hücumu uğurla başa vura biləcək futbolçu çatışmır. Bu sözlərə münasibət açıqlaya bilərsən?
- Bu sözləri şərh etmək istəməzdim. Mən sadəcə belə bəyanatlara özümün yaxşı oyunumla cavab verməyə çalışıram. Düşünürəm ki, bu, mənim tərəfimdən ən yaxşı cavab olardı.
 
- Bu yaxınlarda komandaya yeni forvard İlço Naumovski qoşuldu. Necə düşünürsən, yeni futbolçu komandaya kömək edə biləcək?
- Bəli, yaxşı karyerası olan forvard bizə qoşuldu. İlço yaxşı oğlandı, bundan başqa, o, əla futbolçudu. Düşünürəm ki, o, bizə kömək edəcək.
 
- Qarşıdan komandanı “Simurq”la çətin oyun gözləyir. Zaqatala klubuyla gözlənilən matç barədə nə düşünürsən?
- Biz stadionumuzda oynayacağıq. İlk növbədə bizə öz oynumuzu göstərmək lazımdı. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq və o zaman yaxşı nəticəyə ümid edə bilərik.
 
- İlk turlara əsasən komandanın vəziyyətlərini qiymətləndirmək çətindi. Hər halda çempionatın hansı komandası sənə daha yaxşı təsir bağışlayır və hansı komandaları mövsümün favoritləri sayırsan?
- Mən artıq neçə ildi Azərbaycanda çıxış edirəm və etiraf edim ki, digər komandalar arasında “Qarabağ”a daha çox rəgbətim var. Bu mövsümdə də onlar güclüdülər və hesab edirəm ki, “Qarabağ” mövsümün əsas favoritlərindən biridi. “Qarabağ” güclü rəqibdi. Lakin digər komandaları da unutmaq olmaz.
 
- Yeri gəlmişkən, dördüncü gün “Qarabağ”ı Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Ayntraxt” komandasıyla oyun gözləyir.
- “Qarabağ”a cavab oyununda uğurlar arzulayıram. Onlara azarkeşlik edəcəyəm. Bu komandada həmyerlim və dostum Hikolas Gelaşvili də oynayır. Ona qol vurmağı və bu görüşdə qələbəni komandayla birlikdə qeyd etməyi arzulayıram.
inter.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər