"Liverpul" ən bahalı qapıçı transferini reallaşdırır

"Liverpul" ən bahalı qapıçı transferini reallaşdırır
Çempionlar Liqasının finalında qapıçı səhvləri səbəbindən uduzan "Liverpul" transfer çalışmalarını sürətləndirib.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, İngiltərə klubu "Atletiko"nun qapıçısı Jan Oblak üçün təklif irəli sürüb. Məlumata görə, "qırmızılar" sloveniyalı qolkiper üçün Madrid klubuna 90 milyon avro təklif edir. "Atletiko"nun isə Oblaka 100 milyon avro qiymə qoyduğu deyilir.  Bu keçid baş tutsa, dünyanın ən bahalı qapıçı transferi reallaşacaq.
Qeyd edək ki, 25 yaşlı qapıçı "Atletiko"ya 2014-cü ildə "Benfika"dan 16 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 70 milyon avro qiymət qoyduğu Oblak başa çatan mövsümdə 49 rəsmi oyuna çıxıb və 28 qol buraxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər