"Tottenhem"in fanatı "Arsenal"ın qapıçısını təpiklədi - VİDEO

"Tottenhem"in fanatı "Arsenal"ın qapıçısını təpiklədi - VİDEO

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutan "Tottenhem" - "Arsenal" (0:2) derbisi insidentlə yadda qalıb.

Fanat.Az xəbər verir ki, “Tottenhem” azarkeşi "topçular"ın qapıçısı Aaron Ramsdeyli təpikləyib.

Məğlub komandanın oyunçuları, xüsusən də Riçarlison “Arsenal”ın qapıçısının qələbəni ifrat çılğınlıqla qeyd etməsinə görə qıcıqlanıblar. Mühafizəçidən yayınan fanat Ramsdeylə təpik vurmağa macal tatıb.

Meydan sahibi "Tottenhem" olayla bağlı bəyanat yayıb: "Matçın sonunda "Arsenal"ın qapıçısı Aaron Ramsdeylə hücum etməyə cəhd göstərən bir tərəfdarın davranışından dəhşətə gəlirik. Hər hansı formada zorakılığın futbolda yeri yoxdur. Klub həmin tərəfdarı müəyyən etmək üçün görüntüləri nəzərdən keçirdi. "Tottenhem" onun Hotspur stadionuna dərhal qadağa qoyulması da daxil olmaqla, şəhər polisi ilə birlikdə mümkün olan ən güclü tədbiri görəcək".

Baş verən insidentin görüntülərini təqdim edirik: 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər