"Tottenhem" İPL tarixnin rekordunu yenilədi

"Tottenhem" İPL tarixnin rekordunu yenilədi

"Tottenhem" İngiltərə Premyer Liqası tarixində unikal nəticəyə imza atıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, Hotspur təmsilçisi buna "Şeffild Yunayted"lə oyunda nail olub.

İPL-in 5-ci turunun matçında Angelos Postekoğlunun yetirmələri 0:1 hesabı ilə geridə olsalar da,  90+8-ci dəqiqədə hesabı bərabərləşdirməyi, 90+10-da isə qələbə qolunu vurmağı bacarıblar. Bu nəticə İPL tarixinin ən gec geridönüşü olub. Əvvəlki rekord da "Tottenhem"ə məxsus idi. London təmsilçisi 2021/2022 mövsümündə “Lester”ə 90+5-ci dəqiqəyə qədər uduzsa da, sonda meydandan 3 xalla ayrılmışdı. 

Xatırladaq ki, Premyer Liqanın ilk beş turundan sonra 13 xalı olan “Tottenhem” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər