Tomiyasu "Arsenal"da - İDDİA 

Tomiyasu "Arsenal"da - İDDİA 

"Boloniya"nın yaponiyalı müdafiəçisi Takehiro Tomiyasunun (Takehiro Tomiyasu) "Arsenal" klubuna keçidi reallaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisiti Nikolo Skira yayıb.

Onun yazdığına görə, yaxın bir neçə gün ərzində imzalanacaq müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Transfer "topçular"a 20 milyon avroya başa gəlib. 

22 yaşlı futbolçu ilinə 2,5 milyon avro qazanacaq.

Xatırladaq ki, Tomiyasu 2019-cu ildən "Boloniya"da forma geyir və 60 oyuna 3 qolla yadda qalıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər