Tokio 2020-nin ilk "qızıl"ı Olimpiya rekordu ilə qazanıldı

Tokio 2020-nin ilk "qızıl"ı Olimpiya rekordu ilə qazanıldı
Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalçıların adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, qadınlar arasında 10 metr məsafəyə  hava tüfəngindən atəş açmada çinli Yan Tsyan 251,8 balla 32-ci Yay Olimpiya Oyunlarının ilk qızıl medalını qazanıb. 
Rusiyalı Anastasiya Qalaşina (251,1) ikinci, isveçrəli Nina Kristen (230,6) isə üçüncü olub.
Çin idmançısının nəticəsi yeni Olimpiya rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, bu gün kişilərin 10 metr məsafəyə hava tapançasından atəş açma yarışında mübarizə aparan Azərbaycan təmsilçisi Ruslan Lunyov 20-ci olub.
 
Sahib
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər