Tiraya 5 oyunluq cəza, "Neftçi"yə 6200 manat cərimə

Tiraya 5 oyunluq cəza, "Neftçi"yə 6200 manat cərimə

Topaz  Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

 

Azarkeşə əl qaldırdığı üçün qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.

 

Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər