Tira klubda qaldı, məşqlərdən kənarlaşdırdı -"Neftçi"dən rüsvayçı addım

Tira klubda qaldı, məşqlərdən kənarlaşdırdı -"Neftçi"dən rüsvayçı addım

“Neftçi” rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduğu oyunun sonlarında azarkeşi vuran Tiranı məşqlərdən kənarlaşdırıb.

 

"Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.

Qeyd edək ki, oyundan sonra təşkil edilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev rumuniyalı futbolçunun klubdan qovulacağını bəyan etmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər