Tərlan Əhmədov 13 yaşlı futbolçunu "Neftçi"yə çağırdı - FOTO

Tərlan Əhmədov 13 yaşlı futbolçunu "Neftçi"yə çağırdı - FOTO
"Neftçi” ölkə çempionatının növbəti turunda "Sumqayıt”la keçirəcəyi oyunun hazırlığını gündə iki məşqlə davam etdirir. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bugünkü ilk hazırlıq prosesi İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olub.
 
Baş məşqçi Tərlan Əhmədov əvəzedici komandanın 18 yaşlı üzvləri – müdafiəçi Rəhman Daşdəmirov və yarımmüdafiəçi Xəyal Tomarov, həmçinin "Neftçi”nin U-14 komandasının müdafiəçisi, 31.08.2004-cü il təvəllüdlü Bulud Həziyevi də bu məşqə cəlb edib.
 
Tərlan Əhmədov 13 yaşlı futbolçunu "Neftçi"yə çağırdı - FOTO
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər