Bilbao "Atletik"i ilə oyun "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen əlamətdar olub.
Fanat.Az xəbər verir ki, kataloniyalıların 1:0 hesabı ilə qalib gəldiyi matç alman qapıçının "Barselona"da 150-ci "quru oyun"u olub.
O, cari mövsümdə 25 matçdan 19-da qapısını toxunulmaz saxlayıb. Ter Ştegen bununla da 1993/1994 mövsümündə ilk iyirmi beş matçında 18 "quru oyun"luq nəticə ilə yadda qalan "Deportivo"nun keçmiş qapıçısı Fransisko Lianonun rekordunu qırıb. Həmin mövsümdə La Liqanı ikinci yerdə başa vuran "Deportivo"nun qapıçısının seriyasını məhz "Barselona" qırıb.
Mirağa