Tarixdə bu gün: "F1"in ilk qalibi, "Kayrat"ın rekordu, Kuffurun ad günü

Tarixdə bu gün: "F1"in ilk qalibi, "Kayrat"ın rekordu, Kuffurun ad günü

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 3 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:  

SSRİ-i futbol tarixinin erkən qolu

SSRİ çempionatında Almatının "Kayrat" və Kiyevin "Dinamo" klublarının qarşılaşması zamanı ev sahibinin hücumçusu Yevstafiy Pahlevanidi görüşün 10-cu saniyəsində hesabı açıb.

Tarixdə bu gün: "F1"in ilk qalibi, "Kayrat"ın rekordu, Kuffurun ad günü Viktor Çanovun qoruduğu qapıdan keçən top SSRİ çempionatlarında erkən vurulan qol kimi tarixə düşüb. Görüş "Kayrat"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Formula 1" tarixində ilk çempionluq

Tarixdə ən birinci  F1 yarışı "Alfa Romeo" komandasın italiyalı pilotu Cüzeppe Farinanın çempionluğu ilə nəticələnib. 

113 gün davam edən yarış may ayının 13-ü başlayıb və 1950-ci ilin bu günü başa çatıb.

Tarixdə bu gün: "F1"in ilk qalibi, "Kayrat"ın rekordu, Kuffurun ad günü

Samuel Kuffur (Samuel Kuffour).

1976-cı ilin bu günü Olimpiya Oyunlarının bürünc mükafatçısı (1992), Çempionlar Liqasının qalibi (2001), Almaniya çempionu (2004), Almaniya çempionatının gümüş mükafatçısı (2005) qanalı futbolçu Samuel Kuffur dünyaya gəlib.

Tarixdə bu gün: "F1"in ilk qalibi, "Kayrat"ın rekordu, Kuffurun ad günü

Müdafiəçi daha çox Almaniyanın "Bayern Münhen" klubundakı oyunu ilə tanınır. "Rekordmeister"in heyətində keçirdiyi 208 oyuna 9 qolla yadda qalan futbolçu klubun fəxri üzvləri sırasındadır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər