"Tarix yazdıq" - "Qarabağ"ın forvardından paylaşım

"Tarix yazdıq" - "Qarabağ"ın forvardından paylaşım

"Qarabağ"ın hücumçusu Olavio Juninyo Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu - səfərdə "Bayer Leverkuzenə"ə 2:3 hesabı ilə uduzduqları qarşılaşma ilə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, 27 yaşlı braziliyalı şəxsi "Instagram" hesabından fotolar yayımlayıb.

Cənubi amerikalı forvard fotolara şərh də yazıb: "Tarix yazdıq. Bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm".

Qeyd edək ki, Bakıda Bundeliqanın lideri ilə heç-heçə edən (2:2) Ağdam təmsilçisi Almaniyadakı görüşün uzatma dəqiqələrində 2 top buraxaraq mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər