Taofik İsmahil "Qarabağ"da - RƏSMİ

Taofik İsmahil "Qarabağ"da - RƏSMİ

“Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Polşanın “Qurnik” (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Azərbaycan təmsilçisinə keçib.

26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard komandada 19 nömrəli forma ilə çıxış edəcək.

Norveçdə “Şeyd”, “Fredrikstad”, “Volerenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış edən hücumçu 2024-cü ildə “Qurnik”ə keçib. Nigeriyalı futbolçu “Lex”də də forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər