Super Liqa: "Qalatasaray" mövsümdə ilk məğlubiyyətini yaşadı

Super Liqa: "Qalatasaray" mövsümdə ilk məğlubiyyətini yaşadı

Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Fənərbağça” “Kayserispor”la ev oyununda inamlı qələbəyə sevinib. Lider “Qalatasaray” isə səfərdə “Kocaelispor”a uduzub. Bu, son çempionun yeni mövsümdəki ilk məğlubiyyəti olsa da, komanda 29 xalla vahid liderdir. “Fənərbağça” 28, “Trabzonspor” 25, “Samsunspor” 23, “Göztəpə” 22, “Beşiktaş” 20 xal toplayıb.

Türkiyə Super Liqası 12-ci tur 7 noyabr

Gənclərbirliyi – Başakşəhər 2:1 Qollar: Kelven, 35. Nyanq, 53-pen – Şomurodov, 46.

8 noyabr

Qaziantep – Rizəspor 2:2 Qollar: Bayo, 2. K.Rodriqes, 74 – Sou, 92. K.Rodriqes, 59-öz qapısına.

Trabzonspor – Alanyaspor 1:1 Qollar: Onuaçu, 15 – Haci, 73.

Antalyaspor – Beşiktaş 1:3 Qollar: Boli, 52 – Abraham, 2. Djalo, 27. J.Silva, 81.

Kasımpaşa – Göztəpə 0:2 Qollar: J.Santos, 52; 55.

9 noyabr

Karagümrük – Konyaspor 2:0 Qollar: Serjinyo, 32. Fofana, 45.

Kocaelispor – Qalatasaray 1:0 Qol: Aqyei, 45.

Fənərbağça – Kayserispor 4:2 Qollar: Asensio, 38. Nene, 40; 50. K.Aktürkoğlu, 63 – Onuqkha, 53; 74. 

Samsunspor – Eyüpspor 1:0 Qol: Borevkoviç, 85.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər