Super Liqa: "Fənərbağça"dan darmadağın, "Qalatasaray"dan çətin zəfər

Super Liqa: "Fənərbağça"dan darmadağın, "Qalatasaray"dan çətin zəfər

Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

"Göztəpə" "Konyaspor"u evə məğlub göndərib. “Başakşəhər” – “Beşiktaş” görüşü "quru" heç-heçə ilə yekunlaşıb. “Fənərbağça” İstanbulda “Sivasspor”un qapısından 4 cavabsız top keçirib. “Qalatasaray” isə “Samsunspor”u yenib.

Hazırda 31 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 26 xalla 2-ci, “Samsunspor” 25 xalla 3-cü pillədə qərarlaşıb. “Eyüpspor”un 22, “Beşiktaş”ın 21, “Göztəpə”nin 18, “Sivasspor”un 17, “Başakşəhər”in 16 xalı var.

Türkiyə Super Liqası 12-ci tur 8 noyabr

Kasımpaşa – Kayserispor 1:2 Qollar: Kara, 50 – Yılmaz, 23-pen. Kaldırım, 55.

9 noyabr

Antalyaspor – Bodrumspor 3:2  Qollar: Dikmen, 24. Qaiç, 35. Larsson, 45+2 - Fredi, 13. Puşkaş, 59              

Hatayspor – Qaziantep 3:1 Qollar: Rui Pedro, 12. Bamqboye, 35. Strandberq, 90+5 - Soresku, 45+2. 

Adana Dəmirspor – Eyüpspor 0:1  Qol: Kutudju, 9.  Rizəspor – Trabzonspor 3:1 Qollar: Haciahmetoviç, 45+10. Akintola, 71. Olavoyin, 81 - Vişça, 23. 

10 noyabr

Göztəpə – Konyaspor 2:0 Qollar: Romulo, 90+8-pen. Matsuki, 90+10.

Qalatasaray – Samsunspor 3:2 Qollar: Osimhen, 3; 55. Batşuayi, 85 – Ntçam, 50. Bennasser, 90+3.

Başakşəhər – Beşiktaş 0:0

Fənərbağça – Sivasspor 4:0 Qollar: Akaydın, 24. Tadiç, 54-pen. Amrabat, 82. Sent-Maksimin, 90+4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər