Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” səfərdə “Kasımpaşa”ya qalib gəlib. “Adana Dəmirspor” bol qollu matçda “Kayserispor”i məğlub edib. Lider “Qalatasaray” isə evdə “Fatih Karagümrük”lə matçdan xal itkisi ilə ayrılıb.
Türkiyə Super Liqası 31-ci tur 22 aprel
Ümraniyəspor – Beşiktaş 0:2 Qol: Redmond, 25. Abubakar, 71.
23 aprel
Kasımpaşa – Konyaspor 1:2 Qol: Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.
Adana Dəmirspor – Kayserispor 5:3 Qol: Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.
Qalatasaray – Fatih Karagümrük 3:3 Qol: K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.
24 aprel
18:00. Girəsunspor – Başakşəhər 21:00. Antalyaspor – Sivasspor 21:00. Fənərbağça – İstanbulspor