ÇSKA ilə cavab matçından öncə "Qarabağ"da üzlər gülür

ÇSKA ilə cavab matçından öncə "Qarabağ"da üzlər gülür

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Sofiya ÇSKA-sı ilə qolsuz bərabərliyə razılaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi iyulun 30-da baş tutacaq cavab qarşılaşmasına tam heyətlə hazırlaşır.

Heyətdə cəzalı və ya zədəli oyunçu olmadığı, artıq hücumçu Musa Qurbanlının da kollektiv məşqlərə qatıldığı bildirilib.

Xatırladaq ki, ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 2-ci pillədə başa vuran "Qarabağ" AL-in 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını hər iki matçda 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. 

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər