Silvestrə təhqiri bağışlamadılar, "İmişli" böyük məbləğdə cərimələndi

Silvestrə təhqiri bağışlamadılar, "İmişli" böyük məbləğdə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, informasiyanı PFL-in saytı yayıb.

İclasda Misli Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Turan Tovuz”– “Zirə” görüşündə “Zirə”dən 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

“Sabah”– “İmişli” matçında “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 700 manat cərimə olunub.

Eyni oyunun 90+1-ci dəqiqəsində “İmişli”nin 7 nömrəli futbolçusu Luis Silvestr hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 matçlıq cəzalandırılıb. Onun klubu isə 10000 manat cərimə edilib.

“Şamaxı” – “Araz-Naxçıvan” görüşündə “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

Bu görüşdə  “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” 700 manat cərimələnib.

“Kəpəz”– “Sumqayıt” oyununda “Sumqayıt”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər