"İnter"lə olan müqaviləmin müddəti iyulun sonunda bitir. Bu kluba böyük hörmətim var". Bu sözləri Fanat.Az-a açıqlamasında "Neftçi"ylə anlaşmasına baxmayaraq Avropa Liqasında transfer qadağasıyla üzləşən "İnter"ə kömək edən Səlahət Ağayev deyib.
Qolkiper sabiq "bankirlər"in sıralarını tərk edəcəyi tarixi də açıqlayıb: "Avqustun 1-də "Neftçi"yə qoşulacam. Əvvəldən belə razılaşmışıq. Avropada qazandığımız hər qələbə bizim üçün dəyərlidi. Mən burda olsam da, olmasam da, "İnter"in mümkün olanın ən yaxşısını etməsini arzulayıram".
Fanat.Az