Şəhriyar Əliyev: "Qarabağ"a "məxsus olsam da..."

Şəhriyar Əliyev: "Qarabağ"a "məxsus olsam da..."
"Qarabağ"la oyun çətin olacaq. Rəqibimiz Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb və artıq ilk matçını keçirib. “Tottenhem”dən sonra isə bizimlə oyuna çıxacaqlar. Düzdü, yorğun olacaqlar. Amma heyətləri genişdi, bəlkə də, Londonda oynayanlara istirahət veriləcək. Ötən tur qələbə qazanmışıq, inşallah, uğurlu çıxışımızı davam etdirmək istəyirik, bunun üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Topaz Premyer Liqasının V turunda “Kəpəz” Gəncədə “Qarabağ”ı qəbul edəcək. Şəhriyar Əliyev mövsümün əvvəlində Ağdam təmsilçisindən “Kəpəz”ə keçib. Müdafiəçi icarə əsasında Gəncə klubunda top qovur. O, oyunla bağlı fikirlərini bildirib: “Çox adam mənə deyir ki, yəqin bu oyunda özünü “Qarabağ”a göstərməyə çalışacaqsan. Hətta aqressiv oynamağa meyl edəcəyimi düşünənlər də var. Rəqibin kimliyinin fərqi yoxdu, biz hər oyuna çıxanda meydanda canımızı qoymağa çalışırıq. Deməzdim ki, sərt, kobud oynayacağam. Sadəcə, fikrim layiqincə mübarizə aparmaqdı. Müqavilə ilə Ağdam klubuna məxsus olsam da, icarə əsasında “Kəpəz”dəyəm. Maaşı da bu komandadan alıram, ona görə əvəzini verməliyəm. İlk növbədə Gəncə təmsilçisinin heyətində özümü məşqçilərə, azarkeşlərimizə göstərməliyəm. Baş məşqçimiz Şahin Diniyevin etimadını qazanmalıyam. “Qarabağ” böyük klubdu, kim orada oynamaq istəməz? Amma indiki halda özünü “Qarabağ”a göstərmək ikinci məsələdi, məqsədim “Kəpəz”ə qələbə qazandırmaqdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər