Səbayel Qurbanova İmişlidə

Səbayel Qurbanova İmişlidə

Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunlarının təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, qarşılaşmalardan birini qadın baş hakim idarə edəcək.

Belə ki, "Mil-Muğan" - "Lokomotiv" oyununda ədaləti Səbayel Qurbanova qoruyacaq. Ona Ülviyyə Mustafayeva və Vüsal Qənbərov yardım edəcək, matçın dördüncü hakimi Fərid Məmmədov olacaq.

Ramil Diniyevin idarə edəcək MOİK - "Qaradağ" matçına isə qadın dördüncü hakim təyinat alıb - Venera Kahriç. "Şuşa" - "Şahdağ" oyununda Ömər Paşayev fit çalacaq.

 

23 oktyabr

MOİK - Qaradağ

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Akif Əmirəli, Venera Kahriç.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspektor: Rövşən Əhmədov.

"Bakı"nın təlim-məşq bazası. Saat 13.00.

 

Şuşa - Şahdağ

Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Aleksandr Musatkin, Hacıəli Ağayev.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

“Şəfa” stadionu, 4-cü meydança. Saat 15.00.

Mil-Muğan - Lokomotiv

Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Vüsal Qənbərov, Fərid Məmmədov.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Şahin Cəfərov.

Heydər Əliyev adına İmişli şəhər stadionu. Saat 15.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər