"Sauthempton" Lavianı satır, "Mançester Siti" milyonlar qazanır - MƏBLƏĞ

"Sauthempton" Lavianı satır, "Mançester Siti" milyonlar qazanır - MƏBLƏĞ

"Sauthempton"un 62 milyon avroya "Çelsi"yə satmağa razılaşdığı yarımmüdafiəçi Romeo Lavianın satışından "Mançester Siti" də qazanacaq.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən jurnalist David Ornşteyn yayıb.

Xəbərə görə, 19 yaşlı belçikalını bir mövsüm öncə "Sauthempton"a satan "şəhərlilər" məbləğin 20 faizinə sahib çıxacaq ki, bu da 12,4 milyon avro deməkdir.

Qeyd edək ki, Lavia "Liverpul"a keçməkdən imtina edərək "Çelsi" variantına üstünlük verib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər