Avropa Liqasının qrup mərhələsində baş tutacaq "Qarabağ" - "Anderlext" (Belçika) matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı avstriyalı hakimlərə tapşırıb.
Matçın baş hakimi Oliver Draxta olacaq. Ona Roland Brandner və Ştefan Kuehr yardım edəcək. Dördüncü hakim funksiyasını Roland Riedel yerinə yetirəcək. Manuel Şuettenqruber və Diter Mukenhammer isə bu oyuna əlavə köməkçi hakimlər kimi təyinat alıb.
Hakimlərin işinə sloveniyalı hakim-inspektor Darko Ceferin qiymət verəcək. UEFA nümayəndəsi isə Oljas Abrayev (Qazaxıstan) olacaq.
Oliver Draftanın 38 yaşı var. 2003-cü ildən Avstriya Bundesliqasında yan хətt hakimi kimi fəaliyyət göstərən ədalət təmsilçisi 2008-dən baş hakim olaraq təyinat alır. O, 2010-cu ildən FIFA referisi statusu daşıyır.
Oliver Drafta bizim üçün tanış hakimdi. Belə ki, o, 2010-cu ilin 2 iyununda Avstriyada keçirilən Azərbaycan - Honduras oyununu idarə edib. 0:0 hesabı ilə başa çatan qarşılaşmada avstriyalı referi millimizdən Saşa Yunisoğluna qırmızı, Elnur Allahverdiyev, Samir Abbasov və Amit Quluzadəyə sarı vərəqə göstərib.
Qeyd edək ki, "Qarabağ" - "Anderleхt" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22.00-da başlayacaq.
Fanat.az