I Liqada 15-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün 3 görüş baş tutub.
“Difai Ağsu” - “Şamaxı” matçı qolsuz bitib. “İrəvan” “Mingəçevir”ə tək qolla qalib gəlib. “Zaqatala” isə bu dəfə “İmişli”yə uduzub.
Hazırda “Şamaxı”, “Qaradağ Lökbatan” və “İmişli”nin 29 xalı var. 27 xala malik “Karvan” 4-cü pillədə qərarlaşıb.
I Liqa 15-ci tur 22 fevral
“İrəvan” – “Mingəçevir” 1:0 Qol: Samir Qurbanov, 15. “ASK Arena”, 13:00.
“Zaqatala” – “İmişli” 1:2 Qollar: Cavad Qurbanlı, 44 – Elşən Abdullayev, 4; 26. Zaqatala OİK stadionu, 14:00.
“Difai Ağsu” – “Şamaxı” 0:0 Şamaxı şəhər stadionu, 15:00.
Turun digər oyunları: MOİK – “Qaradağ Lökbatan” 2:2 “Karvan” – “Araz Saatlı” 1:0