"Salahın rekordu məni təəccübləndirmir" - Yürgen Klopp

"Salahın rekordu məni təəccübləndirmir" - Yürgen Klopp

"Liverpul"un baş məşqçisi Yürgen Klopp ardıcıl 7 mövsümdə azı 20 qol vuraraq klubun rekordçusu olan Məhəmməd Salahın uğurundan danışıb.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Salahın rekordu məni təəccübləndirmir. Çünki Mo möhtəşəm futbolçudur. Müəyyən müddət zədəli olmasaydı, bu nəticəni yanvarda və ya fevralda reallaşdırardı. Elə indi etməsi də çox xoş haldır. Şadam ki, qısa fasilədən sonra Salah qayıdıb və əvvəlki kimi yüksək performans sərgiləyir".

Qeyd edək ki, cari mövsüm "Liverpul" forması ilə bütün tunirlərdə 31 matça çıxan Salah 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər