Salah arzusuna çatdı: "Həmişə bu rekordu qırmağa çalışmışam"

Salah arzusuna çatdı: "Həmişə bu rekordu qırmağa çalışmışam"

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 129-cu qolunu vuraraq rekorda imza atıb. 

Fanat.Az xəbər verir ki, misirli hücumçu hisslərini "The Independent"ə bölüşüb: 

"Bu, çox xüsusi bir şeydir. Emosiyalarımı başqa cür təsvir edə bilmirəm. Bu nailiyyət İngiltərəyə köçəndən həmişə ağlımda olub. Premyer Liqada keçirdiyim ilk mövsümdə 32 qol vurduqdan sonra bu rekordu qırmağa çalışmışam. Buna bu gün "Mançester Yunayted"ə qarşı oyunda nail olmaq və bu hesabla qalib gəlmək inanılmazdır". 

Qeyd edək ki, "Liverpul" İPL-in XXVI turunda "Mançester Yunayted"i 7:0 hesabı ilə məğlub edib. Salah sözügedən qarşılaşmada dubla imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər