"Qarabağ"dan Türkiyənin "Göztəpə" klubuna transfer olunan Leroy Corc qardaş ölkədə ikinci qolunu vurub. Fanat.az хəbər verir ki, hollandiyalı futbolçu PTT 1-ci liqanın "Adanaspor"la səfər oyununda meydana çıхıb.
Start heyətində yer alan Leroy 25-ci dəqiqədə komandasının ilk qolununu vurub. 49-cu dəqiqədə sarı vərəqə alan sabiq "Qarabağ"lı 81-ci dəqiqədə əvəzlənib. Sonradan daha bir dəfə fərqlənən "Göztəpə" 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Göztəpə" ilk turda "Elazığspor"la heç-heçə oynamışdı - 2:2. Həmin oyunda da start heyətində yer alan Leroy 3-cü dəqiqədə komandasının ilk qolunu vurmuşdu.
Fanat.az