Sabiq "Qarabağ"lı karyerasını Rusiyada davam etdirəcək?

Sabiq "Qarabağ"lı karyerasını Rusiyada davam etdirəcək?

"Ferentsvaroş"un braziliyalı yarımmüdafiəçisi Julio Romaonun yay transfer pəncərəsində komandasını dəyişəcəyi gözlənilir.

Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində Rusiyanın "Axmat Qroznı" klubu maraqlıdır.

Baş məşqçi Balaj Borbelinin rəhbərlik etdiyi komandanın əsas heyətindən kənarda qalan Romaonun karyerasını Rusiya Premyer Liqasında və ya ərəb klublarından birində davam etdirmək variantları mövcuddur.

Stanislav Çerçesovun rəhbərlik etdiyi Rusiya təmsilçisi oyunçunun durumunu diqqətlə izləyir və Macarıstan klubu keçmiş "Qarabağ"lı futbolçu üçün təxminən 1.5 milyon avro transfer haqqı tələb edir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər